Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracını 30 faizə qədər artırıb

Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracını 30 faizə qədər artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 faiz artıraraq 171,6 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 13,3 faiz artıraraq 15,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 12,3 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,3 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 7,6 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022) Türkiyə 14,9 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.