Yanvar-oktyabr aylarında Bartın limanı 1 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Yanvar-oktyabr aylarında Bartın limanı 1 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin Bartın limanı 1 milyon 192 min 389 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Bartın limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 36 min 161 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 156 min 228 ton yük daşınıb.

“2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin Bartın limanından 54 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 330 milyon 806 min 286 ton yük qəbul edib.

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 23 milyon 763 min 641 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 307 milyon 42 min 645 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 66 milyon 999 min 239 ton transit yük daşınıb.