Son dəqiqə

Bartın limanı

Yanvar-avqust aylarında Bartın limanı 1 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin Bartın limanı 1 milyon 86 min 441 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Bartın limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 31 min 261 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 55 min 180 ton yük daşınıb.

“2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin Bartın limanından 54 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük daşınıb.

Mövzuya görə xəbərlər