Son dəqiqə

Bartın limanı

Yanvar-sentyabr aylarında Bartın limanı 1 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin Bartın limanı 1 milyon 192 min 389 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Bartın limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 36 min 161 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 156 min 228 ton yük daşınıb.

“2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin Bartın limanından 54 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 269 milyon 575 min 687 ton yük qəbul edib.

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 336 min 880 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 275 milyon 238 min 807 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 60 milyon 674 min 882 ton transit yük daşınıb.

Mövzuya görə xəbərlər