Türkiyənin Bandırma limanı tərəfindən qəbul edilən yüklərin həcmi 4 milyonu ötüb (ÖZƏL)

Türkiyənin Bandırma limanı tərəfindən qəbul edilən yüklərin həcmi 4 milyonu ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin Balıkesir şəhərində yerləşən Bandırma limanı 4 milyon 191 min 366 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Bandırma limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 339 min 78 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 3 milyon 852 min 288 ton yük daşınıb.

“2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin Bandırma limanından 42 min 10 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 330 milyon 806 min 286 ton yük qəbul edib.

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 23 milyon 763 min 641 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 307 milyon 42 min 645 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 66 milyon 999 min 239 ton transit yük daşınıb.