Azərbaycanda müdafiə xərcləri artırılır

Azərbaycanda müdafiə xərcləri artırılır

Bakı. TurkicWorld:

Azərbaycanda müdafiə xərcləri artırılır.

TurkicWorld-un məlumatına görə, bu barədə oktyabrın 24-də Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bildirilib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.