Son dəqiqə

Mərkəzi Bank

Azərbaycanın maliyyə sektorunun aktivləri 60 milyard manatı ötüb

Bakı. TurkicWorld:

2025-ci ildə maliyyə sektorunun aktivləri 7,7% artaraq 60,6 milyard manata çatıb.

TurkicWorld xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bu gün "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.

"Bu göstərici ilə maliyyə sektorunun aktivləri ÜDM-in 47%-nə qeyri-neft ÜDM-nin isə 66%-nə çatıb. Ümumilikdə, maliyyə sektorunun hər bir seqmentləri üzrə aktivlərin artımı müşahidə olunub", - o vurğulayıb.

Mövzuya görə xəbərlər