Bakı. TurkicWorld:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Litva arasında ticarət əməliyyatlarının həcmi 3,557 milyon ABŞ dolları təşkil edib.
TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 215 min ABŞ dolları və ya 5,7% azdır.
Hesabat dövründə Litva ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,04%-i həcmində olub.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Litvaya 777 min dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29 min ABŞ dolları və ya təqribən 3,9% çoxdur.
Hesabat dövründə Azərbaycan Litvadan 41,3 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 244 min ABŞ dolları və ya 8,1% azalma deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar və ya 29,6% azdır.
Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın, 2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard dollar və ya 1,6 dəfə azalıb.
Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə çoxdur.







