Son dəqiqə

Azərbaycan Mərkəzi Bankı

Azərbaycanda könüllü sığorta bazarı 6%-dən çox böyüyüb

Bakı. TurkicWorld:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 234,436 milyon manat sığorta haqqı toplanılıb.

TurkicWorld Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 milyon manat və ya 6,5% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 34,4 milyon manat və yaxud 39,4% artaraq 121,772 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-fevral aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 51,9 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyon manat təşkil edib və illik ifadədə 37% artıb.

Mövzuya görə xəbərlər