Türkiyədə Özbəkistan kapitallı şirkətlərin sayı artmaqda davam edir (ÖZƏL)

Türkiyədə Özbəkistan kapitallı şirkətlərin sayı artmaqda davam edir (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Özbəkistan kapitalı ilə 71 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 33 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapitalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 50 milyon 345 min 475 türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 6 milyon 693 min türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (63) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Özbəkistan şirkətlərinin ümumu kapitalı 43 milyon 357 min 500 türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Özbəkistan kapitalı ilə 38 topdan və pərakəndə və 7 istehsal şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.