Son dəqiqə

Dövlət Gömrük Komitəsi

Ötən ay Azərbaycanla İran 57 milyon dollarlıq ticarət əməliyyatı aparıblar

Bakı. TurkicWorld:

Bu ilin yanvar ayında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 57,132 milyon ABŞ dolları təşkil edib.

TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 2,1% çoxdur.

Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,61%-i həcmində olub.

Bu ilin yanvar ayında Azərbaycandan İrana 960 min dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2025-ci ilin eyni ayındakı göstərici ilə müqayisədə 349 min ABŞ dolları və ya 57,1% çoxdur.

Hesabat ayında İrandan Azərbaycana isə 56,2 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 830 min ABŞ dolları və ya 1,5% artım deməkdir.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5% azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və ya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.

Mövzuya görə xəbərlər