Türkiyədə Əlcəzair şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb (ÖZƏL)

Türkiyədə Əlcəzair şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Əlcəzair kapitalı ilə 111 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 67 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Əlcəzair şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapitalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Əlcəzair şirkətlərinin məcmu kapitalı 35 milyon 562 min türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 51 milyon 272 min 900 türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında Əlcəzair şirkətlərinin əksəriyyəti İstanbulda (107) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Əlcəzair şirkətlərinin ümumu kapitalı 34 milyon 412 min türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Əlcəzair kapitalı ilə 59 topdan və pərakəndə və 10 istehsal şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.