Ankara . TurkicWorld:
2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 214 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 61 şirkət çoxdur.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki , hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 82,4 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 42,9 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (176) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 65,7 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki , 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 18 ixracat, 19 kargo, 108 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.
Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Azərbaycan kapitallı 153 şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 42,9 milyon türk lirəsi olub.
2021-ci ildə ən çox Azərbaycan kapitallı şirkət İstanbulda qeydə alınıb.