Bakı. TurkicWorld:
2024-cü ilin yanvar ayında Türkiyənin D-8-ə üzv olan ölkələrə ixracı, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 788 milyon 928 min dollar olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən, bu ilin yanvar ayında, Türkiyənin D-8-ə üzv olan ölkələrdən idxalı, 2023-ci ilin analoji dövri ilə müqayisədə 3,9 faiz artaraq 1 milyard 14 milyon 433 min dollar olub.
Məlumat üçün qeyd edək ki, bu ilin yanvar ayında, Türkiyənin xarici ticarət dövriyyəsi 46 milyard 209 milyon dollara çatıb.
Nazirlikdən qeyd olunub ki , 2024-cü ilin yanvar ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 3,5 faiz artaraq 19 milyard 991 milyon dollara, idxalı isə 22 faiz azalaraq 26 milyard 218 milyon dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.
2023-cü ildə,Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon dollara, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.