Yanvar-fevral ayında Türkiyədə Özbəkistan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Yanvar-fevral ayında Türkiyədə Özbəkistan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2024-cü ilin yanvar-fevral ayında Türkiyədə Özbəkistan kapitalı ilə 5 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapitalı da azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 1,9 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 2,3 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-fevral ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (4) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 1,6 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-fevral ayında Türkiyədə Özbəkistan kapitalı ilə 2 ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.