Son dəqiqə

Xorvatiya Özəl Türkiyə limanları

Yanvar-mart aylarında Xorvatiyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-mart aylarında Xorvatiyadan Türk limanlarına 319 min 597 ton yük daşınıb.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Xorvatiyadan limanlara 61 min 263 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 235 min 623 ton yük çatdırıb.

Bu müddət ərzində Xorvatiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 22 min 711 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarına Xorvatiyadan 208 min 207 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyə limanları 36 milyon 684 min 911 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 965 min 1 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 719 min 910 ton olub.

Bununla yanaşı, 2024-cü ilin mart ayında Türkiyə limanlarından 5 milyon 699 min 607 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 102 milyon 714 min 524 ton yük qəbul edib.

Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 7 milyon 704 min 473 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 95 milyon 10 min 51 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarından 16 milyon 857 min 351 ton transit yük daşınıb.

2024-cü ilin mart ayında Türkiyə limanları 4 min 834 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 324, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 510 olub.

2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 13 min 718 gəmi qəbul edib.

"Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 372, Türkiyə bayrağı altında olan gəmilər isə 4 min 346 olub”, - deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər