Yanvar-fevral ayında Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 30-u ötüb (ÖZƏL)

Yanvar-fevral ayında Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 30-u ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2024-cü ilin yanvar-fevral ayında Türkiyədə Azərbaycan kapitalı ilə 35 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapitalı da azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 17,8 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 27,2 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-fevral ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (28) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 16,3 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-fevral ayında Türkiyədə Azərbaycan kapitalı ilə 17 ticarət və 8 istehsal şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.