Ötən il Türkiyədə Türkmənistan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 60-ı ötüb (ÖZƏL)

Ötən il Türkiyədə Türkmənistan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 60-ı ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ildə Türkiyədə Türkmənistan kapitalı ilə 64 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 51 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Türkmənistan şirkətlərinin sayı ilə yanaşı, onların ümumi kapitalı da azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 25,7 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 39,1 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ildə Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (60) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 23,8 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildiriblər.

Məlumata əsasən ki, 2023-cü ildə Türkiyədə Türkmənistan kapitalı ilə 3 inşaat, 36 topdan və pərakəndə ticarət şirkəti, 3 turizm şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Aytac Süleymanova

Twitter: a_alieva_