Ankara. TurkicWorld:
2023-cü ildə Türkiyədə Özbəkistan kapitalı ilə 95 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 33 şirkət azdır.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapitalı da azalıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 62,4 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 78,1 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ildə Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (82) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 56 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildiriblər.
Məlumata əsasən ki, 2023-cü ildə Türkiyədə Özbəkistan kapitalı ilə 5 inşaat, 51 topdan və pərakəndə ticarət şirkəti, 2 turizm şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.
Aytac Süleymanova
Twitter: a_alieva_