Son dəqiqə

Bakı Fond Birjası (BFB) Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi

“Legion Financial” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

BAKI,TurkicWorld, Orxan Qədirzadə

9 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

TurkicWorld xəbər verir ki, qeyd olunan səhmlərin abunə yazılışı 18.02.2026-cı il tarixində başlayaraq, 10 iş günü davam edəcək və martın 3-ü yekunlaşacaq.

Qiymətli kağızların yerləşdirilməsi 10.03.2026-cı il tarixində keçiriləcəkdir.

Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001025464

Səhmlərin növü və forması

Sənədsiz adlı, adi səhmlər

Ticarət üsulu/forması

Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı

6,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

600,000 manat

Ticarətə buraxılma tarixi

10.03.2026

Anderrayter

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC

Mövzuya görə xəbərlər