Son dəqiqə

Bakı Fond Birjası (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

16 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu

AZ2108008684

Emissiya həcmi

50 000 000 manat

Nominal qiyməti

1 000.00 manat

Hərrac qiyməti

1 000.00 manat

İstiqrazların tədavül müddəti

7200 gün

Faiz dərəcəsi

3.00%

Faiz gəlirinin ödəniş müddəti

180 gündən bir (6 aydan bir)

Anderrayter

“İnvest-Az İ.Ş” QSC

Mövzuya görə xəbərlər