Son dəqiqə

AzerGold 2026-cı il üzrə ilk ixrac əməliyyatını həyata keçirib Dövlət şirkətinin ixrac gəlirləri 43 faiz artıb AzerGold beynəlxalq bazarlara ilk partiya məhsul çıxarıb Qeyri-neft-qaz ixracında AzerGoldun payı artır AzerGoldun ixrac fəaliyyəti ölkə iqtisadiyyatına töhfə verir

“AzerGold” QSC 2026-cı il üzrə ilk ixrac əməliyyatını həyata keçirib

BAKI,TurkicWorld

Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas dövlət ixracatçılarından biri ilin ilk ayında beynəlxalq bazarlara çıxış edib.

TurkicWorld xəbər verir ki, Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC cari ilin yanvar ayında 2026-cı il üzrə ilk ixrac əməliyyatını uğurla həyata keçirib. Şirkət tərəfindən ixrac edilən ilk partiya qızıl və gümüş beynəlxalq bazarlarda satılıb və bu əməliyyat nəticəsində ölkə iqtisadiyyatına 32,9 milyon manat həcmində vəsait daxil olub.

Məlumata əsasən, ötən il ərzində “AzerGold” QSC beynəlxalq və yerli bazarlarda ümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüş satışı həyata keçirib. Bu satışlardan əldə olunan ümumi gəlir 439,3 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 43 faiz artım deməkdir.

Qeyd edilib ki, dövlət şirkəti fəaliyyət göstərdiyi dövr ərzində ümumilikdə 560,5 min unsiya qızıl və 1,04 milyon unsiya gümüş satışını reallaşdıraraq Azərbaycan iqtisadiyyatına 1,9 milyard manat dəyərində maliyyə vəsaiti cəlb edib.

“AzerGold” QSC-nin ixrac əməliyyatları qeyri-neft-qaz sektorunun inkişafı, ölkənin ixrac potensialının artırılması və valyuta daxilolmalarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.