Son dəqiqə

Dövlət maliyyə idarəçiliyi rəqəmsal mərhələyə keçir Rəqəmsal dövlət maliyyəsi sistemi istifadəyə verilir Dövlət büdcəsinin idarə olunması vahid rəqəmsal platformaya keçir Maliyyə idarəçiliyində 13 altsistemli yeni mexanizm Dövlət maliyyəsində şəffaflıq üçün yeni rəqəmsal addım Rəqəmsal maliyyə sistemi real vaxt monitorinqi təmin edəcək

Dövlət maliyyə idarəçiliyi vahid rəqəmsal sistem üzərindən həyata keçiriləcək

BAKI,TurkicWorld

Dövlət maliyyə idarəçiliyində şəffaflığın və səmərəliliyin artırılması məqsədilə yeni rəqəmsal mexanizm tətbiq edilir.

TurkicWorld Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət maliyyə idarəçiliyi 13 altsistemdən ibarət vahid “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə rəqəmsal mərhələyə keçir. Yeni sistem dövlət maliyyəsinin planlaşdırılması, icrası, nəzarəti və monitorinqi proseslərinin mərkəzləşdirilmiş və real vaxt rejimində həyata keçirilməsinə imkan yaradacaq.

Məlumata görə, informasiya sistemi dövlət maliyyə idarəçiliyinin əsas istiqamətləri üzrə rəqəmsal idarəetməni təmin edəcək və rəqəmsal hökumət prinsiplərinin daha geniş tətbiqinə xidmət göstərəcək. Sistem büdcə planlaşdırılmasından tutmuş dövlət borcunun idarə olunmasına, xəzinədarlıq əməliyyatlarından inzibati cərimələrin uçotuna qədər geniş funksional sahəni əhatə edir.

Yeni platforma çərçivəsində büdcə məlumatlarının toplanması və təqdim edilməsi, dövlət vəsaitlərinin məqsədli xərclənməsinə nəzarət, dövlət proqramları və investisiya layihələrinin maliyyələşdirilməsinin real vaxt rejimində izlənilməsi, dövlət borcu və maliyyə öhdəliklərinin monitorinqi həyata keçiriləcək. Eyni zamanda, dövlət müəssisələrinin maliyyə göstəricilərinin rəqəmsal təhlili, vergi və gömrük güzəştlərinin uçotu, elektron müqavilə və elektron mühasibat mexanizmləri tətbiq olunacaq.

Sistem dövlət rüsumları və büdcə gəlirlərinin elektron uçotunu, gəlir axınlarının analitik təhlilini, ciddi hesabat blanklarının elektron formada idarə edilməsini, eləcə də xəzinədarlıq əməliyyatlarının mərkəzləşdirilmiş qaydada aparılmasını təmin edəcək. Bundan əlavə, inzibati cərimələr üzrə məlumatların avtomatlaşdırılmış təhlili və nəzarəti də sistemin funksiyalarına daxildir.

Ekspertlər hesab edirlər ki, vahid rəqəmsal maliyyə sistemi dövlət maliyyə idarəçiliyində hesabatlılığı gücləndirəcək, riskləri azaldacaq və qərarların qəbulunda operativliyi artıracaq.