BAKI,TurkicWorld
2025-ci il ərzində sosial sahədə vətəndaş müraciətlərinin cavablandırılması və qəbul prosesləri genişmiqyaslı şəkildə həyata keçirilib.
xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində fəaliyyət göstərən qurumlarda ötən il ümumilikdə 1,9 milyon vətəndaşın qəbulu təmin olunub. Qəbul edilən vətəndaşlardan təxminən 200 min nəfəri Nazirliyin Aparatının, qurumlarının və yerli bölmələrinin rəhbər şəxsləri tərəfindən, 1,7 milyon nəfəri isə Nazirliyin Aparatının və qurumlarının qəbul otaqlarında, eləcə də DOST mərkəzlərində qəbul edilib.
Məlumata görə, 2025-ci il ərzində Nazirliyə müxtəlif kanallar vasitəsilə daxil olan 2,1 milyon vətəndaş müraciəti də cavablandırılıb. Bu müraciətlərdən 532 mini yazılı və elektron qaydada, 85 mini sosial şəbəkələr üzərindən, 1,5 milyonu isə “142” Çağrı mərkəzi vasitəsilə daxil olub.
Daxil olan müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb, müvafiq cavablar verilib, sorğu xarakterli müraciətlər üzrə vətəndaşlara ətraflı izahatlar təqdim olunub. Nazirlik tərəfindən görülən bu tədbirlər sosial xidmətlərin əlçatanlığının və operativliyinin artırılmasına yönəlib.