Son dəqiqə

2025-ci ildə 189 mindən çox vətəndaş işlə təmin edilib Dövlət Məşğulluq Agentliyi məşğulluq nəticələrini açıqladı İşədüzəltmə mexanizmi ilə minlərlə vətəndaş iş tapıb Özünəməşğulluq proqramı 32 istiqaməti əhatə edir DOST mərkəzləri vasitəsilə məşğulluq genişləndirilib Hasil Abbasov: Aktiv məşğulluq tədbirləri nəticə verir

2025-ci ildə 189 mindən çox vətəndaş işlə təmin edilib

BAKI, TurkicWorld

Aktiv məşğulluq tədbirləri çərçivəsində işədüzəltmə mexanizmlərinin tətbiqi genişləndirilib.

TurkicWorld xəbər verir ki, aktiv məşğulluq tədbirlərindən biri olan işədüzəltmə prosesi Dövlət Məşğulluq Agentliyinin regional filiallarında və DOST mərkəzlərində həyata keçirilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, vətəndaş işədüzəltmə məqsədilə müraciət etdikdə, ilk növbədə onun məşğulluq imkanları qiymətləndirilir, daha sonra fərdi məşğulluq proqramı hazırlanır. Şərtlərə cavab verən şəxslər üçün müvafiq göndəriş formalaşdırılır və işə yönləndirmə həyata keçirilir.

Hasil Abbasov qeyd edib ki, sosial tərəfdaşlarla əməkdaşlıq çərçivəsində işəgötürənlərlə əlaqələr genişləndirilib və bu mexanizm real məşğulluq nəticələrinin əldə olunmasına imkan verib. Nəticə etibarilə, 2025-ci ildə 189 mindən çox vətəndaş işlə təmin edilib.

Bundan əlavə, 16 min 827-dən çox vətəndaş özünəməşğulluq proqramı ilə əhatə olunub. Bildirilib ki, proqram hazırda 32 müxtəlif istiqamət üzrə icra edilir və vətəndaşların dayanıqlı gəlir imkanlarının yaradılmasına xidmət edir.