Türkiyə İrana hazır geyim ixracını artırıb

Türkiyə İrana hazır geyim ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında İrana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 43,2 faiz artıraraq 12,6 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Avstriyaya hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 186,6 faiz artıraraq 2,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 14,2 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 1,8 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 6,1 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 21,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.