Türkiyə Avstriyaya elektrik avadanlıqları ixracını artırıb

Türkiyə Avstriyaya elektrik avadanlıqları ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Avstriyaya elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artıraraq 88,4 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Avstriyaya elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 18,1 faiz artıraraq 11,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 9,6 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 4,3 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 1,3 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 14,7 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.