Azərbaycan bazarlarında Türkiyədən ixrac edilən dəri məhsullarına olan tələb artıb

Azərbaycan bazarlarında Türkiyədən ixrac edilən dəri məhsullarına olan tələb artıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana dəri məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 54,1 faiz artıraraq 13,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Azərbaycana dəri məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 31,9 faiz artıraraq 1,98 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin avqust ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz artaraq 190,95 milyon dollara bərabər olub.

Bu ilin yanvar-avqust ayında Türkiyə 1,3 milyard dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-avqust ayları ilə müqyisədə 21,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2021-avqust 2022) Türkiyə 1,96 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.