SOCAR Türkiyədə neft axtaracaq

SOCAR Türkiyədə neft axtaracaq

Bakı. TurkicWorld:

Bu ilin mart ayında keçirilən Neft Ehtiyatları Zirvə toplantısında Türkiyə ilə Azərbaycan arasında imzalanmış Neft Ehtiyatları Razılaşmasına uyğun olaraq, Azərbaycanın neft şirkəti SOCAR-ın rəsmisi Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) adından neft qazma işləri aparmaq üçün Batmanda ilkin araşdırmalar aparıb. TurkicWorld-un məlumatına görə, SOCAR-ın qazma rəsmiləri ilə bir müddət danışıqlar aparan Batman valisi Əkrəm Canalp şirkət rəsmilərindən həyata keçirəcəkləri neft kəşfiyyatı fəaliyyətləri ilə bağlı məlumat alıb.

“Azərbaycan və Türkiyə arasında imzalanan müqavilə çərçivəsində Batmanda həyata keçirəcəyimiz qazma əməliyyatları nəticəsində neft tapsaq, bu, bizim üçün böyük bir uğur olacaq.” –deyə SOCAR rəsmisi Zəkiullah Kərimli bildirib.

Eyni zamanda, Batman valisi Canalp, Azərbaycan nümayəndə heyətinə milli iqtisadiyyata verdiyi töhfələrə görə təşəkkür edib və SOCAR-ın qazma işlərinə uğurlar arzulayıb.