Yanvar-avqust ayında Türkiyə Avstriyaya polad ixracını artırıb

Yanvar-avqust ayında Türkiyə Avstriyaya polad ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Avstriyaya polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1 dəfə artıraraq 63,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Avstriyaya polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 13,7 faiz azaldaraq 5,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq 15,3 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 1,8 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 18,9 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 24,4 milyard dollar məbləğində polad ixrac edib.