Bakı. TurkicWorld:
2022-ci ilin avqust ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz artaraq 190,95 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin yanvar-avqust ayında Türkiyə 1,3 milyard dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-avqust ayları ilə müqyisədə 21,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2021-avqust 2022) Türkiyə 1,96 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.