
Bakı. TurkicWorld:
2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 13,5 milyard dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 7,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 24,9 milyard dollar məbləğində polad ixrac edib.