Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi xalça Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin xalça ixracı 2 milyard dolları keçib (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə 250 milyon 886 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 3,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 2 milyard 800 milyon 843 min dollar məbləğində xalça ixrac edib.

Mövzuya görə xəbərlər