Son dəqiqə

Fransa Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi sement Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Fransaya sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq, 159 milyon 554 min 33 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin oktyabr ayında Fransaya sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,9 faiz azalaraq, 12 milyon 134 min 91 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 3 milyard 753 milyon 487 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 402 milyon 3 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 10,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 4 milyard 438 milyon 323 min dollar məbləğində sement ixrac edib.

Mövzuya görə xəbərlər