BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qazaxıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalaraq, 32 milyon 502 min 52 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin oktyabr ayında Qazaxıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,9 faiz azalaraq, 3 milyon 782 min 74 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 1 milyard 224 milyon 722 min dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 129 milyon 964 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 1 milyard 471 milyon 242 min dollar məbləğində dəri ixrac edib.







