Son dəqiqə

İraq Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi elektrik avadanlıqları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən İraqa elektrik avadanlıqları ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə 2025-ci ilin sentyabr ayında İraqa elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq, 95 milyon 169 min 66 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən İraqa elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artaraq, 685 milyon 930 min 24 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq, 12 milyard 893 milyon 33 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1 milyard 516 milyon 734 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 17 milyard 367 milyon 490 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər