Son dəqiqə

İraq Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi hazır geyim Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən İraqa hazır geyim ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən İraqa hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq, 414 milyon 779 min 28 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin sentyabr ayında İraqa hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,6 faiz artaraq, 71 milyon 924 min 22 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 12 milyard 712 milyon 390 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1 milyard 490 milyon 561 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 5,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 17 milyard 29 milyon 444 min dollar məbləğində hazır geyim ixrac edib.

Mövzuya görə xəbərlər