Son dəqiqə

əmlak bazarı Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı Səudiyyə Ərəbistanı Mənzil bazarı mənzil satışı 2024 və 2025-ci illərin mənzil bazarı müqayisəsi Türkiyədə əmlak bazarının xarici investorlar üçün cazibədarlığı Xarici vətəndaşların Türkiyədə mənzil alışı Daşınmaz əmlak və investisiya fürsətləri Daşınmaz əmlak yatırımları daşınmaz əmlak bazarı

Səudiyyəlilərin Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-sentyabr aylarında Səudiyyə vətəndaşları Türkiyədə 446 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 19 obyekt azdır.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin sentyabr ayında Səudiyyə vətəndaşları Türkiyədə 72 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin sentyabr ayı ilə müqayisədə dəyişməyib.

Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyədə 150 min 657 mənzil satın alınıb ki, bu da 2024-cü ilin avqust ayı ilə müqayisədə 6,9 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə 1 milyon 128 min 727 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin sentyabr ayında Türkiyədə xarici vətəndaşlara min 867 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azdır.

Eyni ilin yanvar- sentyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 14 min 944 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz azdır.

Mövzuya görə xəbərlər