Türkiyədə İtaliya kapitallı şirkətlərin sayı keçən ilə nəzərən artıb

Türkiyədə İtaliya kapitallı şirkətlərin sayı keçən ilə nəzərən artıb

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-may aylarında Türkiyədə İtaliya kapitalı ilə 47 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 30 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan İtaliya şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İtaliya şirkətlərinin məcmu kapitalı 16 milyon 21 min türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 4 milyon 953 min 500 türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında İtaliya şirkətlərinin əksəriyyəti İstanbulda (38) qeydiyyata alınıb.

“İstanbulnda qeydiyatdan keçən İtaliya şirkətlərinin ümumu kapitalı 14 milyon 856 min türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyədə İtaliya kapitalı ilə 22 topdan və pərakəndə, 6 istehsal şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.