Yanvar- may aylarında Türkiyədən Gürcüstana avtomobil ixracının həcmi azalıb

Yanvar- may aylarında Türkiyədən Gürcüstana avtomobil ixracının həcmi azalıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Gürcüstana avtomobil ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 faiz azaldaraq 37,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Gürcüstana avtomobil ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 1,4 dəfə artıraraq 10,2 milyon dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 12,5 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 2,3 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 22,4 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 29,8 milyard dollar məbləğində avtomobil ixrac edib.