Son dəqiqə

Türkiyə tender Türkiyədə tender 2025 tender elanları səhiyyə sektoru tenderi

Türkiyədə dövlət xəstəxanası tibbi cihaz alacaq

BAKI,TurkicWorld, Fərid Mikayılov

Aydın şəhərində yerləşən Nazilli Dövlət Xəstəxanası tərəfindən 45 növ fizioterapiya cihazı alışı ilə bağlı tender elan edilib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Cihazlar tenderin nəticələri açıqlandıqdan sonra 60 gün ərzində təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 23 oktyabr 2025-ci il tarixinə qədər "Yeşil Mh. 622 Sk. No:2 09800 Nazilli/Aydın" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər