Son dəqiqə

Yük daşımaları Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Beynəlxalq yük daşımaları sərnişin təyyarələri Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası Diyarbakır Hava limanı Türkiyə yük daşımaları 2025 Türkiyə yük daşımaları Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Diyarbakır hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin avqust ayında Türkiyənin Diyarbakır Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 1 milyon 500 min 32 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz artaraq, 1 milyon 361 min 38 nəfər, beynəlxalq reyslər üzrə isə 29 faiz artaraq, 138 min 994 nəfər təşkil edib.

2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 14 min 421 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 11 min 899 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 15 faiz artaraq, 2 min 522 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin avqust ayı ilə müqayisədə 7 faiz artaraq, 9 min 273 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq, 8 min 280, beynəlxalq reyslər üzrə isə 27 faiz artaraq 993 olub.

2025-ci ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 162 milyon 530 min 684 nəfər, yük daşınması isə 3 milyon 346 min 622 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər