Son dəqiqə

Türkiyə tender Türkiyədə tender Samsun 2025 tender elanları səhiyyə sektoru tenderi

Türkiyədə Dövlət Xəstəxanası Cərrahi Alətlər Alacaq

BAKI,TurkicWorld, Fərid Mikayılov

Samsun Şəhər Xəstəxanası tərəfindən 15 növ cərrahi alətin satın alınması ilə bağlı tender elan edilib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Alətlər tenderin nəticələri açıqlandıqdan sonra 6 ay ərzində hissə-hissə təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 16 sentyabr 2025-ci il tarixinə qədər "Kadıköy Mh.Barış Bul.No:199 55 İlkadım/Samsun" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər