Son dəqiqə

Türkiyə tender Türkiyədə tender Muğla 2025 tender elanları

Türkiyə bələdiyyəsi yanacaq alacaq

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Fethiyye bələdiyyəsi 2026-cı ildə istifadə olunacaq yanacaq məhsullarının alınması ilə bağlı açıq tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində 45 min litr benzin (95 oktan), 5 min litr maye qaz və 1 milyon 400 min litr dizel yanacağı alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 24 sentyabr 2025-ci il tarixinə qədər "Cumhuriyet Mahallesi Atatürk Caddesi No:17 Fethiye/Muğla" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər