Son dəqiqə

əmlak bazarı Özbəkistan Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı Mənzil bazarı mənzil mənzil satışı 2024 və 2025-ci illərin mənzil bazarı müqayisəsi Türkiyədə əmlak bazarının xarici investorlar üçün cazibədarlığı Daşınmaz əmlak və investisiya fürsətləri Daşınmaz əmlak yatırımları daşınmaz əmlak bazarı

İyul ayında Özbəkistanlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-iyul aylarında Özbəkistan vətəndaşları Türkiyədə 170 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 39 obyekt azdır.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin iyul ayında Özbəkistan vətəndaşları Türkiyədə 30 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 23 obyekt azdır.

Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyədə 142 min 858 mənzil satın alınıb ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 12,4 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyədə 834 min 754 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin iyul ayında Türkiyədə xarici vətəndaşlara min 913 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azdır.

Eyni ilin yanvar-iyul aylarında əcnəbi vətəndaşlar Türkiyədən 11 min 267 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz azdır.

Mövzuya görə xəbərlər