Son dəqiqə

əmlak bazarı Özbəkistan Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı Mənzil bazarı mənzil satışı 2024 və 2025-ci illərin mənzil bazarı müqayisəsi Türkiyədə əmlak bazarının xarici investorlar üçün cazibədarlığı Xarici vətəndaşların Türkiyədə mənzil alışı Daşınmaz əmlak və investisiya fürsətləri Daşınmaz əmlak yatırımları daşınmaz əmlak bazarı

Özbəkistanlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-iyun aylarında Özbəkistan vətəndaşları Türkiyədə 140 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 16 obyekt çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin iyun ayında Özbəkistan vətəndaşları Türkiyədə 23 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə 7 obyekt çoxdur.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında Türkiyədə 107 min 723 mənzil satın alınıb ki, bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə 35,8 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyədə 691 min 893 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,9 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin iyun ayında Türkiyədə xarici vətəndaşlara min 565 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz çoxdur.

Eyni ilin yanvar-iyun aylarında əcnəbi vətəndaşlar Türkiyədən 9 min 354 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz azdır.

Mövzuya görə xəbərlər