Son dəqiqə

Qırğızıstan Türkiyə Ticarət nazirliyi Türkiyə polad ixracı 2025 Türkiyənin dünya bazarlarına polad satışı 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə polad sənayesi Türkiyə polad ixracı

May ayında Türkiyədən Qırğızıstana polad ixracı 1 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Qırğızıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71,8 faiz artaraq, 1 milyon 71 min 64 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Qırğızıstana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq, 4 milyon 127 min 80 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 6 milyard 832 milyon 941 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1 milyard 504 milyon 857 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 3,6 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 16 milyard 372 milyon 120 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər