Son dəqiqə

Rusiya Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi hazır geyim Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Rusiyaya hazır geyim ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Rusiyaya hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 45,5 faiz azalaraq, 13 milyon 889 min 17 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Rusiyaya hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,7 faiz azalaraq, 101 milyon 165 min 1 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 6 milyard 929 milyon 98 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1 milyard 520 milyon 390 min dollar məbləğində hazır geyim maddə ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 7,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 17 milyard 446 milyon 977 min dollar məbləğində hazır geyim ixrac edib.

Mövzuya görə xəbərlər