Son dəqiqə

Qırğızıstan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi elektrik avadanlıqları Türkiyənin ixracatı Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 24 milyon dolları keçib (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Qırğızıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57,1 faiz azalaraq, 4 milyon 305 min 12 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Qırğızıstan elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz artaraq, 24 milyon 355 min 83 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq, 7 milyard 54 milyon 275 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1 milyard 676 milyon 818 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 12,2 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 17 milyard 79 milyon 234 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər