Niderland kənd təsərrüfatı və su təchizatı sahələrində Azərbaycanla əməkdaşlığı nəzərdən keçirir

Niderland kənd təsərrüfatı və su təchizatı sahələrində Azərbaycanla əməkdaşlığı nəzərdən keçirir

Bakı. TurkicWorld:

Niderland kənd təsərrüfatı və su təchizatı sahələrini Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün potensial sahələr kimi nəzərdən keçirir.

TurkicWorld-un məlumatına görə, bunu Niderlandın Azərbaycandakı səfiri Pauline Eizeman deyib.

"Kənd təsərrüfatında böyük təcrübəsi olan Niderland Azərbaycanda bu sektorun inkişafına məmnunluqla öz töhfəsini verə bilər", - səfir deyib.

O, həmçinin qeyd edib ki, bu məsələnin ətraflı müzakirəsi üçün kənd təsərrüfatı naziri ilə görüşməyi planlaşdırır.

Səfir əlavə edib ki, su təchizatı sahəsində işləyən Niderland şirkətləri Azərbaycanla əməkdaşlıq qurmağa çalışır.